10 yaşlı azərbaycanlı erməni idmançını məğlub etdi – Foto

0
694


 

Məqsədim qızıl medal qazanmaq idi. Əvvəl gürcü idmançını məğlub etdim. Sonra erməni idmançı ilə qarşılaşdım. O məndən həm hündür, həm də çəkidə ağır idi. Buna baxmayaraq mən hücum taktikası ilə ona qalib gəldim. Erməni idmançını məğlub etdiyimə görə çox sevinirəm”.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Tbilisidə keçirilən Tayboksinq üzrə beynəlxalq yarışın qalibi, 10 yaşlı Dəniz Quliyev söyləyib.

Xatırladaq ki, çempionatda Azərbaycan, Gürcüstan, İran, Türkiyə, İraq və Ermənistandan olan uşaq və yeniyetmə idmançılar mübarizə aparıblar. Marneuli rayonunun Yuxarı Saral kənd sakini Dəniz Quliyev 23 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, yarımfinalda gürcü idmançıya qalib gəlib. Finalda isə özündən xeyli hündür və 27 kiloqram çəki dərəcəsində olan Ovanes Arutunyan ilə qarşılaşıb. Gərgin keçən mübarizə nəticəsində Dəniz rəqibi üzərində parlaq qələbə qazanıb və çempionatın qızıl medalına sahib olub.

Yuxarı Saral kəndindən olan 3-cü sinif şagirdi Məmmədəli Quliyev də çempionatın qızıl medalını qazanıb.

BIR CAVAB BURAXIN