10 ilə milyardlar qazanan azərbaycanlı

0
699


 

 

İsgəndər Xəlilov kimdir?

Bir neçə ay öncə 62 yaşını tamamlayan İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakıda anadan olub. İki ali təhsili var. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib. Daha sonra Moskva Hüquq Akademiyasında hüquqşünas təhsili alıb.

Atasının yolu ilə gedən milyarder…

İsgəndər Xəlilovu digər azərbaycanlı milyaderlərdən fərqləndirən başlıca cəhət onun atasının da vaxtilə çox imkanlı olmasıdır. Bir çox zənginlər uşaqlıq və yeniyetməlik dövrlərində çox böyük maddi sıxıntılar yaşasalar da, İ.Xəlilov hələ uşaqlıqdan hərtərəfli qayğı ilə əhatə olunub. Onun atası Ağasəlim Xəlilov hələ sovet dövründə “gizli iqtisadiyyat”ın təmsilçisi kimi xeyli məşhur idi.

“Qədim-qaim” bakılılar girişində Mehdi Hüseynzadənin abidəsi ucalan köhnə avtovağzalın yanında, kiçik təpəciyin üstündəki “Çənlibel” restoranını yaxşı xatırlayırlar. O dövrdə, pulunun varlığını gizlətmək üçün milyarderlərin bilərəkdən tramvaya – ən ucuz nəqliyyat növünə mindiyi sovet çağında Ağasəlim Xəlilov barmaqla göstərilən zəngin adamlardan idi.

Bütün zəngin azərbaycanlılar kimi o da…

İsgəndər Xəlilovun “ulduzu” 1988-ci ildə parlamağa başlayır. Belə ki, həmin ildə o “Lukoyl” Neft Şirkəti prezidentinin məsləhətçisi təyin olunur. Üç il bu vəzifədə çalışdıqdan sonra yolunu “Lukoyl”un Türkiyə nümayəndəliyindən salır. Nümayəndəliyə rəhbərlik edən İ.Xəlilov çox keçmir ki, Bakıdakı “NİKoil Bank” Müşahidə Şurasında sədrlik edir.

Üçbucağın görünən tərəfi: Üç ölkədə “böyüyən sahibkar”

1995-ci ildə yaratdığı “İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Holdinq neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti və mehmanxana işi kimi çoxsahəli fəaliyyət sahələri mövcuddur. Bütün zəngin adamlar kimi biznesini xələflərinə əmanət eləmək üçün İ. Xəlilov əsas şirkətində oğullarına da iş yeri tapıb. Onlar “İSR holdinq”in vitse-prezidentləridir.

Xəlilovlar biznes imperiyasının əsas hissəsi Rusiyada yerləşsə də, İsgəndər Xəlilovun Azərbaycandakı fəaliyyəti kifayət qədər gözə çarpır. Əslində İ. Xəlilovun Azərbaycandakı biznes fəaliyyəti heç vaxt gizli qalmayıb. “Hilton Baku Hotel”in sahibi kimi o bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırıb. Nəzərdə tutulan vəsaiti tam toplamaq üçün İsgəndər Xəlilov ona məxsus aksiyaların bir qismini London birjasında hərraca qoyub. Gözəlliyi və dizaynı ilə paytaxtı bəzəyən 23 mərtəbəli otel Bakının mərkəzində, “Hökumət Evi”nin qonşuluğunda yerləşir. “Hilton” onun yeganə oteli deyil. Belə ki, İ. Xəlilov 2010-cu ildə Türkiyənin Bodrum kurort-istirahət mərkəzindəki “Bodrum Princess Oteli” 85 milyon dollar qarşılığında əldə edib və onun adını dəyişdirərək “Hilton” brendi altında fəaliyyət göstərməsinə nail olub. Xəlilov “Hilton Baku Hotel”in yaxınlığında yerləşən keçmiş “Bakı Teleqraf Agentliyi”nin binasını sökərək yerində 5 mərtəbəli yaşayış binası tikib. “Mister Tibot” və “Ramstor” da onun layihəsidir. “İSR-Plaza” mərkəzinin sahibi olan milyarder “McDonalds” şəbəkəsinin də sahibidir.

Azərbaycanda avtomobil biznesi ilə də məşğul olan İsgəndər Xəlilov “Toyota Center”in sahibidir. Maşın bazarında önəmli yer tutan bu mərkəz dünya maliyyə böhranından xeyli zərər çəkib.

İ. Xəlilovun “Resurs Treydinq” Açıq Səhmdar Cəmiyyəti Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan ən böyük şirkətlərdən biridir. “Resurs Treydinq”in səhmləri “Trast Kapital” şirkətini isə ona müştərək rəhbərlik edən İsgəndər Xəlilovun övladları Rauf və Rəhim Xəlilov qardaşlarına məxsusdur.

“Resurs Treydinq” podratçı şirkət qismində “Rusiya Dəmir Yolları” Qapalı QSC-nin elan etdiyi tenderdə qalib gəlib. Layihənin dəyəri 600 milyon dollar təşkil edir.

İsgəndər Xəlilovun varisləri də qollarını çöxdan çırmalayaraq biznesdə atalarına dəstək olurları. Bundan başqa, kiçik oğul Rauf Xəlilov həm də Azərbaycan Xizəksürmə Federasiyasının prezidentidir.

Milyarderin 1977-ci ildə Bakıda anadan olmuş böyük oğlu Rəhman Xəlilov Cenevrə Universitetinin beynəlxalq biznes fakültəsini bitirib. R. Xəlilov “İSR holdinq”in vitse-prezidenti kimi Neftçalada yod sektorunun inkişafını nəzərdə tutan proqrama nəzarət edir. Eyni zamanda evli və iki uşaq atası olan Rəhman Xəlilov “İSR holdinq”in tərkibinə daxil olan “RİRoil” neft ticarət şirkətinin prezidentidir.

Xəlilovlar nəslinin qol-budaqları da xeyli məşhurdur. İ Xəlilovun qardaşlarından biri Cavanşir Xəlilov Bakı Əyləncə Mərkəzinin sahibi, eyni zamanda, Azərbaycan İdman Boulinqi Federasiyasının prezidentidir.Axar.az/ anv.az

 

BIR CAVAB BURAXIN