1 kilosu milyon dollara — Dünyanın ən bahalı çayları

0
854
Çay içmək gündəlik həyatımızın vazkeçilməz parçasına çevrilib. İsti, aromatlı çay bütün dünyada insanlar tərəfindən sevilir. Planetimizdə gün ərzində milyonlarla fincan çay içilir. Çay sudan sonra ikinci ən populyar içkidir. Amma elə çaylar da var ki, onu almaq hər adama qismət olmur. Arazinfo.com ölke.az-a istinadən dünyanın ən bahalı çaylarının qiymətini təqdim edir.

“Tienhchi” gül çayı

Qiyməti: 1 kq 330 dollar

Dünyanın ən yaxşı çaylarından biri hesab edilir. “Panax notoginseng” elmi adıdır. “Panax” latın dilindən tərcümədə bütün xəstəliklərin dərmanı kimi məna verir. Çində becərilir. Yuxusuzluq, baş gicəllənməsi, zəhərlənmə və dəri problemlərinə qarşı əladır.

“Silver Tips İmperial” çayı

Qiyməti: 1 kq 400 dollar

Makaybari plantasiyalarında yığılır. Himalay dağlarının 750-2000 metr hündürlükdəki hissələrində becərilir.

Göykuro çayı

Qiyməti: 1 kq 3.300 dollar

Şərqdə becərilir. Yığımdan iki həftə əvvəl kölgəyə çəkilir. Bu isə yarpaqlarda amin turşusunun miqdarını artırır. Yaponiyanın Udzi vilayətində becərilir.

“Pu Pu Puer” çayı

Qiyməti: 1kq 2.100 dollar

Çox əla aromatı var. Çinin Yunnan əyalətində becərilir. Maraqlıdır ki, bu çayı aromatlı edən ömrü boyu çay yarpaqları ilə qidalanan həşəratlardır. Çox kiçik olduqları üçün  fermerlər onları pinset vasitəsilə çay yarpağından təmizləyirlər. İlk dəfə XVIII əsrdə kəşf edilib və həkimlər tərəfindən imperator Tsyanlunuya hədiyyə edilib.

“Yellow Gold Tea Buds” çayı

Qiyməti: 1 kq 6200 dollar

Dünyada yeganə bir yerdə becərilir. Dağ ətəyində becərilən çayı bir gün ərzində qızıldan hazırlanmış qyaçı ilə kəsirlər. Xüsusi bağlı konteynerlərdə qurudulur. Çay yarpaqlarının üstünü 24 karatlıq qızılla örtürlər. Bu çayı ancaq bilən adamlar Sinqapurdan ala bilərlər. İnternet vasitəsilə sifariş qeyri-mümkündür.


“Tieguanyin” çayı

Qiyməti: 1 kq 6.600 dollar

Buddizmin mərhəmət tanrısının şərəfinə adlandırılıb. Qara və yaşıl çayın bir neçə növündən əldə edilir. Ulun çay ailəsinin kralı sayılır. Bu üsul XIX əsrdə kəşf edilib. Yarpaqlar yığıldıqdan sonra isti günəş altında qurudulur, sonra soyudulur, sonra yenidən açıq havada qurudulur. Bundan sonra doğranır və aromatlaşdırılır. Onun yarpaqlarını ən azı 7 dəfə dəmləmək mümkündür. Çay aromatını itirmir.

“Vintage Narcissus Ui Ulun” çayı

Qiyməti- 1 kq 12 min dollar

2013-cü ilin noyabr ayında Honkonqdakı sərgidə cəmi 20 kq-lıq qutu nümayiş edilib. Bu qutunun başına ötən əsrin ortalarından çox macəra gəlib. 1960-cı illərdə bu çayı Çinin Ui rayonundan Sinqapura ixrac ediblər. Bir neçə sahib dəyişən çay bir kolleksioner tərəfindən alınaraq yenidən Honkonqa gətirilib. Qədim yunan ilahəsi Narsisin şərəfinə adlandırılıb.

“Panda Dung” çayı

Qiyməti: 1 kq 70 min dollar

Tərcüməsi panda nəcisi deməkdir. Məhz bu çayın sirri də bu sözdədir. Pandalar vəhşi bambuk yeyirlər. Bambukun tərkibindəki 30% faydalı maddə pandanın mədəsi tərəfindən həzm edilir. Qalan 70% isə nəcis vasitəsilə çölə çıxır. Çinin Sıçuan vilayətində ilk dəfə üzə çıxıb.

“PG Tips” almaz çay paketi

Qiyməti: 1 paket 15 min dollar

2005-ci ildə İngiltərənin məşhur çay şirkəti “PG Tips” 75 illik yubileyi şərəfinə eksklüziv çay paketləri istehsal etdi. Almaz dizaynlı paketin birinin qiyməti 15 min dollar idi. Hər paketin tərkibində 280 karat brilliant və elit  “Sliver Tips İmperial” çayı var.

“Da-Hong Pao” çayı

Qiyməti: 1 kq 1.2 milyon dollar

Bütün Çin çayları və Ui Ulun çay növlərinin kralıdır. Tərcüməsi böyük qırmızı xələt deməkdir. Min sülaləsinin ən böyük sirrini saxlayır. Ehtimal edilir ki, imperator Mat ağır xəstəlikdən məhz bu çay vasitəsilə müalicə olunub. İmperator ən sadiq adamlarını bu çayın harada yetişdiyini öyrənmək üçün göndərir. Ui dağının ən hündür qayasında bu çayın 4 kolu tapılıb. Bu gün cəmi üç kolu qalıb. Satışda tapmaq mümkün deyil.

Hikmət Həsənov
Ölkə.Az

BIR CAVAB BURAXIN