Əsədin ordusu Türkiyə təyyarələrini vuracağı ilə hədələdi

0
609

Suriya hərbçiləri bəyan ediblər ki, əgər Türkiyənin hərbi təyyarələri ölkənin hava məkanını pozsalar, onları vuracaqlar. Bu barədə Suriya Silahlı qüvvələrinin rəsmi bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

“Suriya ordusu və silahlı qüvvələri xəbərdarlıq edirlər ki, Türkiyə hərbi təyyarələri yenidən Suriyanın hava məkanını pozacaqları təqdirdə onları istənilən mümkün vasitələrlə vurmağa hazırdırlar”, – deyə bəyanatda bildirilir.

Suriya ordusunun komandanlığı, Ankaranı həmçinin Hələbin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirərək 150 dinc sakini öldürməkdə günahlandırıb.

Daha əvvəl Suriya kürdləri bildirmişdilər ki, türk aviasiyasının təyyarələri onların mövqelərinə 26 dəfə basqın ediblər.

Virtualaz.org

BIR CAVAB BURAXIN