Ərini öp mən əvəzdən! – Facebook LƏTİFƏLƏRİ

0
732

Kulis.az Facebook lətifələrini təqdim edir.

 

Oğlan:

– Aşqım, dünən səni dürtdüm, niyə cavab vermədin?

Qız:

– Ehhh!!! Feysdə nənəm də dürtər!

***

Uzun çat söhbətinin nəticəsi:

– Siz gül kimi gözəlsiz!

– Mən ki şəklimi qoymamışam, nədən bildiniz?!

– Tikanlarınızdan!

***

Gənc oğlanın sevgi mesajı:

“Xanım, artıq mən başqasını sevəsi oldum, sizin iş yeri uzaqdır, gəlib-getmək olmur!”

***

– Səni sevirəm!

– ))))))))))))))))))))))))))

– Gülmə, mən ciddiyəm!

– Gülmürəm, sevinirəm!

***

Status:

“Başımı yolunda qoydum, vətən! Zatən içində bir şey yox idi!”

***

İki dostun telefon söhbəti:

– Fb-də görünmürsən…

– Axşam prosessoru pəncərədən atdım.

– Yox a! Niyə?

– Arvad qısqanırdı. Baxdım ki, ya arvadı atmalıyam, ya da kompüteri… Uşaqlara yazığım gəldi.

***

Bir dost mesajı:

“İsmayıllıya dincəlməyə getmişdik. Birdən yanında şipşirin bir qoduğu olan eşşək gördük. Hələ orta məktəbə getməyən qızım qışqırdı: “Ata eşşəyin balasına bax, gör nə gözəldi? Ata! Ata! Bax, bax! Mənə oxşuyurmu?”

Həyat yoldaşımın da heyvanlara maraqla tamaşa etdiyini görüb ona sataşmaq istədim: “Hə, qızım, o birisi də anana oxşayır!”
Bu zaman yıxıq tikililərin arasından erkək bir eşşək çıxıb təşəxxüslə dişi uzunqulağa yaxınlaşdı. Qızım onu görcək sevinclə lap ucadan qışqırdı:
“Ata, bu da sənə oxşayır!”

***

– Səni bu dəqiqə bloka ataram!

– Blok nədir?

– Virtual həbs qətimkan tədbiri!

***

– İşdə də, ailədə də, aşqda da, səhhətimdə də ciddi problemlər var.

– Sən özünə kəndir-sabun axtar, Fb-də nə gəzirsən?

***

– Virtual oğlu virtual!

– Online köpəyoğlu!

***

Bir aşiqin inboxa yazdıqları:

“Sən gedən gün ürəyimi yoxlayan həkim eynəyini çıxarıb təəccüblə sifətimə baxdı: “Muzik pleyer – zad udmamısan ki, səndən kamança səsi gəlir!”

***

Elçilik dialoqu:

– Oğlum içsə də, çəksə də, feyzbuka girmir heç vax!

– Vallah bizim qız girsə də başqa adla girir…

***

Status:

“Axşam-axşam qız uşağının feyzbukda nə işi var?!”

***

Gənc oğlanın evli xanımla yazışması:

– Oldu, canım, indi ərim gələcək, mən çıxım, hələlik.

– Hələlik. Kişini öp mən əvəzdən!

BIR CAVAB BURAXIN