“Ərim heç kimin kişisi deyil…”

0
722

Ötən gün müğənni Rəqsanə İsmayilova həyat yoldaşı Fazil Əmiraslanovla nikahını sübuta yetirən sənədi yayıb.  “Qafqazinfo” xəbər verir ki, o, əriylə rəsmi nikahının olmaması barədə yayılan şayiələrə son qoymaq istəyib:

“Bu gün mənim ərimlə nikah bağladımız gündür. Biz çoxdan bərabərik, sadəcə olaraq nikahı bir az gec bağlamışıq. Nikah şəhadətnaməsini paylaşmaqda məqsədim odur ki, ötən gün yoldaşımla bir balaca görüntü paylaşdım. Saytlar yazıb ki, Rəqsanə ad gününə (red: Nadir Qafarzadənin doğum günü) əri ilə birgə gəlib.  Yazmaqlarına bir iradım yoxdur. Lakin sosial şəbəkələrdə yazılan şəxrhləri oxudum, dəhşətə gəldim. Biz həqiqətən də qılınc müsəlmanıyıq. Bu qədər aqressiya, insafsızlıq olarmı? O yazanları tapıb bir-bir otuzdurasan, soruşarsan ki, nəslini-kökünü tanıyırmı?

Yazırlar ki, kiminsə ailəsini dağıtmışam. Allah uzaq etsin, heç bir qadına qarşı bu hərəkəti etmərəm, qəbul belə edə bilmərəm. Nə də ki, kiminsə ailəsi ola-ola ikinci qadın olmaram. Mənim olan mənə aid olmalıdır. Həyat yoldaşım neçə il bundan qabaq rusiyalı xanımla ailəli olub, ayrılıb. Heç kimin evini dağıtmamışam, ərim heç kimin kişisi deyil, halal nikahlımdır. Bu sənədi paylaşıram ki, sakitləşin”.

BIR CAVAB BURAXIN