Bakıdakı sığınacaqlardan birində məskunlaşan Mahirə Lələyeva adlı qadın həyat yoldaşı tərəfindən küçəyə atılıb. Hələ bu azmış kimi 6 övladından da ayrı düşüb. O, övladlarından uzaqda, bir sığınacaqda məskunlaşıb.
Mahirə Lələyeva 13 il ailəli olub. O iddia edir ki, həyat yoldaşı onun xəbəri olmadan məhkəməyə müraciət edərək rəsmi şəkildə ondan boşanıb.
Biçarə qadının getməyə yeri olmadığından küçələrdə qalmaq məcburiyyətində qalıb. Hələ bu azmış kimi övaladlarından da uzaq düşüb. Dediyinə görə, hətta övladları ilə görüşməyə belə icazə vermirlər.
Keçmiş həyat yoldaşının ailəsi tərəfindən döyülərək küçələrə atılan qadın bir müddət hətta elə küçələrdə qalıb. Getməyə yeri olmadığından ac- susuz parklarda, vağzallardakı oturacaqlarda yatıb.
Mahirənin sözlərinə görə, evli olduğu müddətdə də daim həyat yoldaşı tərəfindən zorakılıqlara məruz qalıb.
Məsələ ilə bağlı qadının həyat yoldaşının ailəsi ilə əlaqə saxlamaq istəsək də, bu baş tutmadı.
Hazırda Mahirə Lələyeva Təmiz Dünya İctimai Birliyinin sığınacağına məskunlaşıb və qadınla reablitasiya işləri aparılır. Bununla bərabər, onun evində yaşama hüququnun bərpası üçün də işlər görülür.
Xəzərxəbər