Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə raket əleyhinə müdafiə sistemi S-400-lə bağlı razılıq əldə etməsi NATO-nun narahatlığına səbəb olub.
Xarici ekspertlər Türkiyənin Rusiya sistemlərini NATO standartlarında havadan müdafiə sistemlərinə inteqrasiya etməsinin Qərb üçün problem yaradacağını bildiriblər.
Mütəxəssislər Türkiyənin müdafiə sistemini gücləndirməsinin NATO üçün narahatlıq doğurduğunu qeyd ediblər.
Türkiyəli siyasi ekspertlər isə bildiriblər ki, Rusiyanın müdafiə sistemləri NATO-nu çaşdırmamalıdır, çünki bu sistemlər quruma yaranacaq təhdidlərə qarşı istifadə ediləcək.