Ərdoğanın saxta diplom qalmaqalı böyüyür – Uyğunsuzluqlar var…

0
663

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın saxta diplom qalmaqalı bu dəfə dünya mediasının gündəmindədir.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Frankfurter Allgemeine Zeitung nəşri yazıb. Nəşrin iddiasına görə, buna prezidentin bioqrafiyasındakı uyğunsuzluqlar əsas verir.

Belə ki, Ərdoğanın bioqrafiyasında göstərilir ki, o, 1981-ci ildə Marmara Universitetinin “İqtisadiyyat və İdarətetmə” fakültəsini bitirib. Belə bir ixtisas isə həmin universitetdə bir il sonra yaradılıb.

Türkiyə qanunlarına görə, dövlət başçısının mütləq ali təhsili olmalıdır. Ərdoğanın seçkidə iştirak hüququnun olmasını sübut etmək üçün universitetin indiki rektoru səsvermədən əvvəl onun diplomunun fotosunu paylaşmışdı. Nəşr yazır ki, bununla belə, konstitusiyada göstərildiyi kimi Ərdoğan sənədin əslini yoxlama üçün təqdim etməyib.

Eyni zamanda, fotodakı institutun adı Ərdoğanın bioqrafiyasındakı ilə üst-üstə düşmür.

Alman nəşrinin jurnalistlərinin fikrincə, bu iddialara son qoymaq üçün Marmara Universitetinin arxivlərini açmaq və orada yoxlama aparılmasına izn vermək kifayət idi. Lakin universitet prezident seçkilərindən əvvəl arxivləri bağlayıb.

BIR CAVAB BURAXIN