Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

0
704

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat147286_res_01 Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım sərəncam imzalayıb.
O həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının həyat yoldaşı, yəni kürəkənidir.
Onu da xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin müavini Abid Şərifovdur.

BIR CAVAB BURAXIN