Ərdoğandan azərbaycanlı milyarderlə bağlı – Açıqlama

0
701

17-25 dekabr əməliyyatının planı ABŞ-da hazırlanıb.

Axar.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Əslən azərbaycanlı biznesmen Rza Zərrabın ABŞ-da həbsinə toxunan Ərdoğan onun həbsini tələ adlandırıb:

“17-25 dekabrda ən böyük tələlərdən biri quruldu. Bu, uğursuzluqla nəticələndikdən sonra eynisini ABŞ-da qurdular”.

Qeyd edək ki, 2013-cü ilin 17-25 dekabr tarixində FETÖ Rza Zərrab da daxil olmaqla bir neçə nazirin evində axtarış apararaq, onları korrupsiya ilə bağlı həbs etmişdi. Korrupsiyada ittiham olunanlar sırasında Ərdoğanın oğlu Bilal Ərdoğan da vardı.

BIR CAVAB BURAXIN