Ərdoğan: Türklər Mədinəni qoruyanda siz harda idiniz?

0
689

 

Mənim əcdadım Mədinəni müdafiə edəndə sənin əcdadın harada idi?

Bunu Muxtarlar Toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Üzərində önəmlə durulması gərəkən hadisə düşmən toplarıyla dağıdılmasın deyə Qüdsdən geri çəkilməyimizdir. Qafqaz İslam Ordusu ilə azərbaycanlı qardaşlarımızın yardımına getməyimiz də önəmli hadisədir. Başqa bir dastanımız isə Mədinənin müdafiəsidir. Zalimlərin yanında yer almağı mərifət sayanların Mədinə müdafiəsi və Fəxrəddin Paşanı hədəf almaları boş yerə deyil. Fəxrəddin Paşa Mədinəni müdafiə edərkən sənin yazıq cəddin harada idi? İstanbuldan durub Mədinəyə gedən Fəxrəddin Paşa bunu nə üçün etdi? O müqəddəs torpaqları işğaldan qorumaq üçün Mədinəyə gəldi. Bəs sənin əcdadın harada idi?” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed Tvitterdə Fəxrəddin Paşanı tənqid edən tvit paylaşmışdı. O, paylaşımında Osmanlının Mədinənin müdafiəsi əvəzinə onu yağmalamaqda ittiham etmişdi. Zayed həmçinin Ərdoğanın babalarının müsəlman ərəblərlə əlaqəsinin onları soymaq üzərində qurulduğunu bildirmişdi.axar.az

 

BIR CAVAB BURAXIN