Ərdoğan terrorçu kürd qruplaşmalarına bir neçə həftə vaxt verdi

0
783

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının Suriyadakı qolu olan kürdlərin “Xalq özünü müdafiə” güclərinə Menbiçi tərk etmək üçün bir neçə həftə vaxt verib.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan bu gün Türkiyə parlamentindəki çıxışında: “Əgər terrorçular bir neçə həftə ərzində Menbiçi tərk etməsələr, onda bizim səbrimiz tükənəcək. ABŞ Menbiç məsələsində bizə verdiyi vədini yerinə yetirməlidir. Əks halda biz özümüz milli təhlükəsizliyimizi təmin etmək üçün müvafiq tədbirlər həyata keçirməli olacağıq. Menbiç məsələsində artıq səbrimiz tükənmək üzrədir”,-deyib.

Xatırladaq ki, ötən ilin iyun ayının 14-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirmişdi ki, iyun ayının 12-13-də Ştutqartda ABŞ hərbçiləri ilə aparılan danışıqlarda kürd silahlı dəstələrinin Menbiçdən çıxarılması barədə razılıq əldə edilib.