Yunanıstan Berlində keçiriləcək Liviya konfrasına Türkiyəyə görə çağırılmadı.
Axar.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Bild” qəzeti çıxış edib.
Məlumatda bildirilib ki, Almaniya kansleri Angela Merkel konfransa dəvət ediləcək ölkələrin siyahısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi əsasında hazırlayıb.
Qeyd edək ki, bazar günü Berlində keçirilməsi nəzərdə tutulan Liviya konfransına Türkiyədən fərqli olaraq, Yunanıstan dəvət edilməyib. Yunanıstan isə buna etirazını bildirib.