Ərdoğan Maduroya dəstək verib

0
558

Venesuelada baş verən hadisələrlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəhbəri Nikolas Maduroya dəstək verdiyini bəyan edib.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Venesuela prezidenti Maduroya zəng edən Ərdoğan ona möhkəm dayanmağı tövsiyə edib və onu dəstəklədiyini bildirib.

Bu barədə mətbuata məlumat verən Ərdoğanın xüsusi nümayəndəsi İbrahim Kalın Türkiyənin bu ağır günlərdə Venesuela xalqının yanında olduğunu söyləyib: “Prezident Ərdoğan Maduro ilə əlaqə saxlayıb və ona bu ağır gündə dəstək verdiyini deyib. Prezidentimiz Maduroya: “Möhkəm dayan, qardaşım Maduro, biz səninləyik”,-deyib. Türkiyə bundan sonra da Venesuelada zorakılığa əl atmaq, hakimiyyəti zorla ələ keçirmək cəhdlərinə qarşı çıxacaq və Madurounun haqq işini dəstəkləməkdə davam edəcək”.