«ƏRDOĞAN GÜLƏNDƏN İSTİFADƏ EDİR…» – “Bu necə çevrilişdi ki…”

0
685

Azərbaycan yazıçısı, tərcüməçisi və filosofu Əlisa Nicat “Azpolitiko.info”ya verdiyi müsahibəsəndə Türkiyə ilə bağlı suala cavab verib:

– Türkiyədə baş verən prosesləri izləyirsinizmi? Sizcə Türkiyənin Osmanlılara meyl etməsinin Azərbaycana hansısa bir zərəri varmı?

– Bizə heç bir dəxli yoxdur. Türkiyə ayrı bir dövlətdir, biz isə ayrı. Amma Ərdoğanın özü milliyyətcə türk yox, lazdır. Lazlar da Türkiyəyə gəlmə gürcülərdir. Ona görə də Ərdoğan türkləri sevmir. Hamı bilir ki, mənim Türkiyə xalqına böyük hörmətim var. Hətta Türkiyənin müstəqilliyi ilə Sovet dövründə belə fəxr etmişəm. Ərdoğan hökuməti artıq diktaturaya keçib. Kimi istəyir öldürür, kimi istəyir həbs edir. Bütün bu çevriliş söhbətləri Ərdoğanın uydurmasıdır. Başdan-ayağa mənasız uşaq oyunudur. Bütün bu oyunların səbəbi odur ki, istəyir öz diktaturasını möhkəmləndirsin. Çünki Türkiyədə hərbçilər çox güclü idi. Hərbi sistem elita idi. Türkiyədə üç dəfə hərbi çevrilişin şahidi olmuşam. Türkiyədə həqiqi demokratiyanı boğmaq istəyən, diktatura yaratmaq istəyən kim olurdusa, hərbçilər onu hakimiyyətdən salırdı. Ərdoğan da bunu bilirdi və birinci növbədə də işi hərbçiləri axtalamaq oldu. Öz istəyinə də çatdı. Hərbçilərin içində kişi kimi sözünü deyən generalları həbs etdirib. İndi bunun yolu diktaturaya tam açıqdı.

– Siz deyirsiniz ki, hərbi çevriliş demokratikiyanı bərqərar edib. Ancaq Türkiyədəki bütün əsas müxalifət partiyaları ­- hansıki, hərbçilərə daha yaxındılar – CHP və MHP hərbi çevrilişi pisləyirlər. Çevrilişin demokratiyaya böyük zərbə olduğunu deyirlər.

– Əvvəla, Ərdoğan hamının gözünü qorxudub. Bir növ qorxularından deyirlər. Birinci səbəb budur. Yəni qorxurlarki, partiyamı da ləğv edərlər, özümü də həbs. İkincisi də, bu yolla çalışırlar ki, partiyalarının imkanlarını genişləndirib, öz sözlərini deyə bilsinlər.

Axırıncı dəfə Evren çevriliş etdi, prezident səlahiyyətini götürdü, sonra ölkədə demokratik mühit yaratdı. Sonra da hakimiyyəti Turqut Özala verdi və çəkildi. Çevriliş edən hərbçilərin heç biri hakimiyyətdə uzun müddət qalmayıblar. Ərdoğan kimi hakimiyyət uğrunda min cür oyundan çıxmayıblar. Ona görə hərbçilər demokratiyaya qəsb edə bilməzlər. Bu çevriliş axı yalançı idi. Boş saraya yalandan güllə atırlar. Çevriliş belə olmur. Banqladeşdə Motiur Rəhman var idi. Banqladeşin müstəqilliyini elan etdi və Pakistandan ayrıldı. Bundan sonra özünə güvəni bir az da artdı. Bir tərəfdən də SSRİ-nin təsiri ilə, dedi ki, Banqladeşdə sosializm quracağam. Bunu görən hərbi məktəbin kursantları Rəhmanı, ata-anasını, əmilərini, dayılarını, yeznələrini, bacılarının uşaqlarını güllələdi. Çevriliş belə olur. Bu necə çevrilişdi ki, Ərdoğanın adamlarının birinin də burnu qanamadı?!

Moskva 15 iyulda Türkiyədən canlı yayım verirdi. Özü də baş verənləri lağa qoyurdular ki, bu necə çevrilişdi axı? Sonra Ərdoğan Dumada Putindən üzr istədi və kanallardan yığışdırıldı.

Bir də deyim ki, Fətullah Gülənin elə çox gücü yoxdur. Ərdoğanın özü də dini adamdı və din vasitəsilə hakimiyyətə gəlib. İkisi də dindardısa niyə bir-biri ilə mübarizə aparır? Özü də Fətullah Gülənin üzündən görünür ki, bəsit adamdır. Düzü heç ondan da xoşum gəlmir. Bizim mollalardan da savad səviyyəsi aşağı olan birisidir. Sadəcə Ərdoğan ondan istifadə edir.

BIR CAVAB BURAXIN