Ərdoğan ABŞ-ı sərt şəkildə tənqid edib

0
687
“Türkiyədə hərbi çevriliş cəhdini həyata keçirə bilməyənlər indi fərqli yollar axtarırlar. İndi ABŞ-dakı məhkəmə prosesi Türkiyəni guya iqtisadi baxımdan, FETÖ terror təşkilatı, Mərkəzi Kəşfiyyat İdarəsi və digərləri ilə sıxışdırmaq cəhdidir və 15 iyulun davamıdır. Bu da baş tutmayacaq”.
Bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin parlament qrupunun toplantısında çıxışında bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyənin qəbilə dövləti olmadığını hər kəs bilməlidir: “Biz İstiqlal savaşı ilə küllərimizdən doğduq. Türkiyənin son 15 ildəki inkişafı birilərini narahat edir. Çatlasalar da, partlasalar da, biz bu yolda qətiyyətlə gedəcəyik. Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə hər cür dəstək verirlərsə, biz ABŞ-la nə danışacağıq? Suriyada terror təşkilatına 4 min yük maşını silah, texnika verdilər. Bunlar sonra gəlib bizə məsləhət verirlər. Siz bizə nə məsləhət verə bilərsiniz? Biz öz taleyimizi özümüz müəyyənləşdirdik, özümüz də müəyyənləşdirəcəyik. Bu günə qədər bizə çəkilən sərhədlərdən kənara çıxmasaydıq, milli gəlirimiz 863 milyard dollar olmazdı. Biz bu uğurlara ağlımızla, əməyimizlə nail olduq”.
Türkiyə prezidenti artıq Suriyanın şimalında  PYD/YPG terror təşkilatının yaratdığı terror dəhlizini tamamilə çökdürməyin zamanının çatdığını da vurğulayıb: “İnşaallah, Suriyada “Fərat qalxanı” əməliyyatı ilə atdığımız addımı Afrin və Münbiçdə davam etdirərək Türkiyənin bütün sərhəd boyu təhlükəsizliyini təmin edəcəyik”.
APA

BIR CAVAB BURAXIN