“Ərazilərin bir hissəsinin qaytarılması nəzərdə tutulur”

0
559

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik “İnterfaks”a müsahibəsində 8 sentyabr Moskva görüşünün yekunları barədə danışıb. Görüş zamanı Qarabağ nizamlanmasının perspektivləri müzakirə edilib.

Minsk Qrupunun həmsədrlərinin nazir Sergey Lavrov ilə görüşü bir saat davam edib. Görüş zamanı nizamlanmanın müxtəlif variantları, bu prosesin irəliləməsi yolları müzakirə olunub.
Nazir “təmas nöqtəsinin tapılması” üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünə toxunub.
“Biz prezidentlərin yeni görüşünü istəyirik, ancaq hələlik görüşün vaxtı və məkanı məlum deyil”, – Uorlik qeyd edib. O, bunun iki həftədən sonra BMT Baş Assambleyasının sessiyasında ola biləcəyini də istisna etməyib. “Ümid etmək istərdim ki, orada iki prezidentin görüşü də olacaq”, – o bildirib.
Nizamlanmaya dair təkliflərin mahiyyəti barədə sualın cavabında Uorlik deyib ki, yeni heç nə yoxdur. “Nizamlanma Dağlıq Qarabağın statusunun müqabilində ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur. Bundan əlavə, bu, qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakıdır. Bütün bu elementlər dinc nizamlanmanın şərtləridir və bunlar hamıya məlumdur. Biz bu şərtləri birləşdirmək və dinc nizamlanmaya nail olmaq üçün tərəflərlə işləməliyik”, – o vurğulayıb.
Uorlik qeyd edib ki, Qarabağ məsələsilə bağlı Rusiya və ABŞ arasında ziddiyyət yoxdur. O, münaqişədə “dondurulmuş” vəziyyətin kiməsə sərfəli olması barədə fikirlə razı olmadığını bildirib.  /contact.az

BIR CAVAB BURAXIN