Ərəb Ölkələri Liqası Braziliya ilə əlaqələri kəsə bilər

0
513
WASHINGTON - MAY 27: Egyptian Foreign Affairs Minister Ahmed Ali Aboul Gheit talks to reporters after a working lunch with U.S. Secretary of State Hillary Clinton at the State Department May 27, 2009 in Washington, DC. Clinton took the opportunity to reaffirm the United States' commitment to the security of South Korea and Japan after North Korea tested a nuclear device and fired several short range rockets Monday. (Photo by Chip Somodevilla/Getty Images)

Ərəb Ölkələri Liqasının Baş katibi Əhməd Abdul Qeyt Braziliya Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

Arazinfo.com-un Nevvs.ru-ya istinadən verdiyi xəbərə görə, məktubda Qeyt Braziliyia səfirliyinin Qüdsə köçürüləcəyi təqdirdə ərəb ölkələri ilə münasibətlərin pozula biləcəyi barədə qarşı tərəfəxəbərdarlıq edilib. Bununla əlaqədar yaxın günlərdə Ərəb Ölkələri Liqasının rəsmiləri danışıqlar aparmaq üçün Braziliyaya gedəcəklər.

Məsələyə münasibət bildirən Röyter agentliyinin isə yazdığına görə, Braziliya dünyada ərəb dövlətlərinə halal ət göndərən ən böyük ölkələrdən biridir. Braziliyadan hər il ərəb ölkələrinə təxminən 2 milyard dollara yaxın quş və heyvan əti göndərilir.

Braziliya prezidenti Jair Bolsonaru məsələ ilə bağlı iqtisadı zərər çəkə biləcəklərini  bildirsə də, Trampın köməkçisi Con Bolton ABŞ-ın bu ziyanın ödənilməsi üçün onlara yardım edəcəyini bildirib.