Ərəb kəşfiyyatlarını Hitler zabitləri qurmuşdular

0
820

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) açıqladığı məxfi sənədlərdən məlum olur ki, vaxtilə alman nasistlərlə ərəb millətçiləri arasında dərin əlaqələr qurulubmuş. Arazinfo.com Azvision.az-a istinadən yazır ki, Yaxın Şərqə böyük diqqət ayıran və kəşfiyyat üçün külli miqdarda vəsait xərcləyən Hitler Almaniyasının bu maraqlarını daha sonralar yenə də keçmiş nasist kadrları davam etdirib.

Adolf Hitlerin hərbi kəşfiyyatının rəhbəri Reyhard Gehlen müharibə bitən kimi dərhal ABŞ-a təslim olmuşdu. Beləcə, Birləşmiş Ştatlar üçün çalışmağa başlayan Gehlen həm CIA-nin strukturlaşdırılmasında böyük işlər gördü, həm də bir çox keçmiş kəşfiyyatçı zabitlərin həyatlarını xilas etdi.

Adenauer Almaniyasının Yaxın Şərqdəki fəaliyyət tarixi və həmin bölgəyə keçmiş nasist zabitlərinin göndərilməsi 1950-ci illərdən başlayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin dosyelərinə görə, nasist Almaniyasının Yaxın Şərq üzrə əsas ekspertlərindən biri, vaxtilə əsir düşərgəsinin rəhbəri olmuş Dr.Vilhelm Bayssner 1951-ci ildə Gehlenin təşkilatına bağlı olan bir Hamburq firmasının təmsilçisi kimi Misirin paytaxtı Qahirə şəhərinə göndərilib.

İkinci dünya müharibəsindən sonra alman kəşfiyyatı Yaxın Şərqdə bir qədər zəifləmiş və onun yerini rus kəşfiyyatı tutmuşdu. Belə olduğu halda, Reyhard Gehlen eyni zamanda SSRİ kəşfiyyatı ilə gizli əməkdaşlıq edərək, hazır kadrlar olan nasist zabitlərini bir-bir Misir və Suriyaya göndərmişdi.
Kral Fərrux dönəmində Misirə gələn keçmiş hitlerçilərin 1956-cı ildə Camal Əbdül Nasirin hakimiyyətə gəlməsində çox böyük rolu olmuşdu. Əbdül Nasir sonradan öz kəşfiyyat xidmətini yaradanda onun rəhbəri məhz Vilhelm Bayssnerin yetirməsi Zəkəriyyə Mühiddin olmuşdu.

Hitlerin keçmiş zabitləri əsasən Suriya, Misir və digər Yaxın Şərq ölkələrində müxtəlif fəaliyyətlərdə olublar. Həmin nasist kadrların əksəriyyəti SSRİ ilə müttəfiq olan ərəb ölkələrində yüksək vəzifələr tutublar. Təbii ki, başqa adlarla. Məsələn:

– Erix Altern (Əli Bella) – Haynrix Himmlerin bölgə rəhbəri – Misir-Fələstin hərbi düşərgə təlimçisi
– Hans Appler (Saleh Cəfər) – Yozef Göbbelsin kəşfiyyat mərkəzi – Misir İnformasiya Nazirliyinin mütəxəssisi
– Frans Bartel (Hüseyn) – Kattovits Gestapo rəhbərinin köməkçisi – (Misir İnformasiya Nazirliyi Yəhudi Əlaqələri deportamenti, 1959)
– Hans Bexer – “Gestapo”nun zabiti – İsgəndəriyyədə polis təlimçisi
– Bernhard Bender (Bəşir bin Salah) – Varşava “Gestapos”u – Qahirədə polis təlimçisi
– Verner Birqel (Əli Qəmin) – zabit – Misirdə İnformasiya Nazirliyinin mütəxəssisi
– Vilhelm Börner (Əli bin Kəşir) – Mathausen ölüm düşərgəsinə cavabdeh şəxs – Misirdə Daxili İşlər Nazirliyinin təlimçisi
– Fridrix Buble (Ben Əmman) – “Gestapo” zabiti – Misirdə polis təlimçisi
– Yoaxim Dömlinq (Mustafa İbrahim) – Düsseldorf Gestaposunun rəhbəri – Misirdə Həbsxana təlimçisi
– Leopold Qlaym (Nəşər) – Varşavada bölgə rəhbəri – Misirdə Milli Təhlükəsizlik zabiti
– Alois MozerSSRİ-dəki yəhudi qətliamına cavabdeh şəxs – Misirdə gənc hərbiçi kadlar mütəxəssisi
– Oskar Munsel – Tank briqadasının general-mayoru – Misirdə hərbi ekspert
– Haynrix Zellman (Həsən Süleyman) – Ulm Gestaposunun rəhbəri – Misirin İnformasiya Nazirliyi
– Albert Timann (Əmman Qədir) – Çexoslovakiyada SS zabiti – (Misirin İnformasiya Nazirliyi
– Erix Vaynman – Himmlerin Praqa üzrə təhlükəsizlik mütəxəssisi – İsgəndəriyyədə çevik polis təlimçisi.

Kəşfiyyat məsələlərində nasist keçmişindən qopmayan Almaniya 1989-cu ildə yenidən birləşdikdən qısa müddət sonra Orta və Yaxın Şərqlə bağlı fəaliyyətini daha da gücləndirdi. Almanlar həm sünni, həm də şiə radikal islamçı qruplaşmalarla sıx münasibətlər qurmuşdular. Bundan savayı, Almaniya ilə İranarasında 1991-ci ildə kəşfiyyat kadrlarının yetişdirilməsi ilə bağlı gizli müqavilə imzalanmışdı. Bu razılaşma 1993-cü ildə baş tutan gizli bir toplantı ilə daha da möhkəmlənmişdi. Həmin tarixdə İranın xarici kəşfiyyat idarəsinin rəhbəri Əli Fallahyanın Almaniyaya xüsusi səfəri və kansler Helmut Kolla, eləcə də alman kəşfiyyatının rəhbəri Bernard Şmidbauer ilə görüşməsi bu istiqamətdəki əlaqələri daha da gücləndirmişdi. Bunun nəticəsi kimi, İranın “Hizbullah” təşkilatını formalaşdırmasında almanların BND kəşfiyyat xidmətinin ciddi rolu olmuşdu. “Hizbullah” alman təşkilatlanma metodları əsas götürülməklə formalaşdırılıb.

Suriya hakimiyyəti də uzun illər Hitlerin zabitlərilə əlaqədə olub. Məsələn, 2010-cu ildə Şam şəhərində ölən Alois Brunner hərbi cinayətkar idi. O, 1950-ci ildə Suriyaya gəlmiş, uzun müddət president Hafiz Əsədə, daha sonra isə Bəşər Əsədə xidmət göstərmişdi. Suriya hakimiyyətinə müxalifətə və PKK-ya qarşı mübarizədə bir sıra özəl metodlar öyrətmişdir. Ondan başqa, Qrans Rademaxer və Valter Rauff kimi hitlerçi zabitlər də sonradan Suriyada çalışıblar.

Hazırda isə bir tərəfdən Livandakı “Hizbullah”, digər tərəfdən də Bəşər Əsədhökuməti ilə yaxın əlaqələr quran Almaniya həm də kürd qruplaşmalarına hərbi və maliyyə dəstəyi ilə diqqət çəkir. Fərrux Həsənov

BIR CAVAB BURAXIN