“Blancco” texnoloji qrupunun ekspertləri ən problemli smartfonların reytinqini tərtib edib. Məlum olub ki, “iPhone” smartfonlarının dayanıqlıq göstəricisi aşağı düşüb.
Publika.az fins.az-a istinadən bildirir ki, 2016-cı ilin birinci rübünün nəticəsinə görə, “Apple” şirkətinə məxsus smartfonların 25 faizində problem qeydə alınıb. İkinci rübdə bu göstərici 58 faizədək yüksəlib.
Ötən rübün nəticəsinə görə, “Android” platforması ilə işləyən smartfonların da 44 faizində problem qeydə alınıb. Ancaq yeni hesabatda həmin platforma ilə işləyən smartfonlarda problemlərin sayı 35 faizədək azalıb. Daha çox “Samsung” smartfonlarında problem qeydə alınıb, ancaq daha çox problemli model “LeEco Le1S” cihazıdır.
Altmış beş faiz halda “iOS” mobil əməliyyat sistemi mobil proqramların kritik səhvlərinə görə imtina verib. “Wi-Fi” modulu, qulaqlıqlar və qəbuledicinin imtinası ən geniş yayılmış səbəblər kimi göstərilib.
“Android” sistemli smartfonlarda ən çox kamera və batareyanın enerji ilə doldurulması, həmçinin sensor, dinamik və mikrofona görə problemlər qeydə alınıb.