Əliyevlə Putinin imzalarını saxtalaşdıran deputat köməkçisi SAXLANILDI – VİDEO

0
1062

Rusiyanın Dağıstan Muxtar Respublikasınln nazirliklərində vəzifələr “satan” Dərbənd şəhərinin 32 yaşlı sakini Beytulla Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cinayət əməlindən zərər çəkən 10-a qədər şəxsin adı məlumdur.

Fırıldaqçı göstərdiyi “xidmət” qarşılığında ən azı 15 milyon rubl əldə edib. Məlumata görə, o, Dağıstan Xalq Məclisinin deputatı Leyla Kərimovanın köməkçisi olmasından sonra məmur vəzifələrinin satışı ilə məşğul olmağa başlayıb. O, insanları öz imkanlarına inandırmaq üçün həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş.

Dələduz təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon, rayonun başçısı olmaq üçün 2-3 milyon rubl tələb edirdi. Baş nazir olmaq isə 5 milyon rublla mümkün imiş.

Bundan başqa, Cavadov dövlət proqramı üzrə ev alınmasında kömək edəcəyinə söz verib. Uşaqlı ailə mənzilin alınması prosesini sürətləndirmək üçün ona 300 min rubl verib.

Cavadov fevralın 11-də saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Cavadovun hərəkətlərindən zərər çəkənlərdən polisə müraciət etmələrini xahiş edib. Publika.az

T