Ev Gündəm Əlidən Nazla bağlı şok qərar – video

Əlidən Nazla bağlı şok qərar – video

0
740
Əlidən Nazla bağlı şok qərar - video

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç proqramında azərbaycanlı iştirakçı Əli Əkbər Naz Mila ilə bağlı gözlənilməz qərar verib.

Axşam.az-ın məlumatına görə, verilişin son buraxılışında cütlük barışdığını elan edib, xoşbəxt olduğunu söyləsə də, bu, uzun çəkməyib.

Əli Mila ilə olan münasibətlərinə tamamilə son qoymaq və bundan sonra onun yanında Naz adının çəkilməməsini istədiyini bildirib:

“Məndən neçə dəfə şans istədi. Sonuncu dəfə də ağlayaraq “Gedirəm” dedi. Mən də elə bildim, məni sevir. Düşündüm ki, barışsaq, bu, evliliyə atılan addım olacaq. Amma Naz elə həmin adamdır. Öz bildiyini edir. Ona həftə sonu Bodruma getmə dedim, amma getdi. Xəstə idim, xəbəri də yox idi”.

Azərbaycanlı gəlin isə Bodruma getdiyindən Əkbərin xəbərinin olduğunu söyləyib:

“Əliyə Bodruma getdiyimi demişdim. O dedi “Getmə”, amma getdim. Çünki mən ondan icazə almalı deyiləm. Arvadı deyiləm, sevgilisiyəm. Yalvarmaq da əvvəl idi. İndi belə bir şey yoxdur”.

Proqramda iştirak edən digər namizədlər və tamaşaçılar Nazın düzgün hərəkət etmədiyini vurğulayıblar. Aparıcı Zuhal topal isə bundan sonra Naz və Əli adının birgə çəkilməyinə icazə verməyəcəyini qeyd edib.

BIR CAVAB BURAXIN