Sahibkarların onları yaşlarını bəhanə gətirərək işə qəbul etmək istəmədiklərini deyirlər. Çıxış yolu nə ola bilər?
Tahirə Məmmədbağırın 45 yaşı var. O, iş qabiliyyətinin normal olduğu halda imtina cavabı almasında məntiq tapa bilmir.
Ancaq yaşına görə işsiz qalan tək Tahirə Məmmədbağır deyil. Əksər şirkət və müəssisə rəhbərləri yaş məhdudiyyətini əllərində rəhbər tutaraq onları qəbul etmək istəmirlər. Baxmayaraq ki, illərin təcrübəsindən faydalana bilərlər.
Yaşı 40-dan yuxarı olanların arasında təhsili üzrə iş təcrübəsi olanlar da var olmayanlar da.
İnsanların çoxu təcrübəli işçiləri yaşına görə qəbul etməməyi normal hesab etmir. Bu məhdudiyyətin ən azından ixtisassız şəxslərə şamil edilməsini istəyirlər.
İnsan Resursları üzə mütəxəssis Fidan Hüseynova da gənc kadrlara üstünlük verildiyini təsdiq edir. Buna səbəb kimi də gənclərin iş mühitinə tez adaptasiya olması və kaprizlərinin azlığını göstərir.
Mütəxəssislər bir çoxlarının köhnəlmiş peşələrə yiyələndiyi üçün işə qəbul olunmadığını deyir. Çünki illər əvvəl oxuduqları ixtisaslara indi təlabat yoxdur. Üstəlik onların əksəriyyəti özlərini müasir tələblərə görə yeniləmir