Əhməd Davudoğlunu ölümlə hədələdilər

0
567

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu  ölümlə hədələyiblər.

Türkiyə mediasına istinadən xəbər verir ki,  hadisə məşhur memar Turqut Cansevərin həyat yoldaşının yas mərasimində baş verib.

Məlumata görə,  yas mərasimində iştirak edən  Ə. Davudoğluya yaxınlaşan bir nəfər şəxs “ İndi sən məni öldür, yoxsa mən səni öldürəcəm”,- deyə eks baş naziri təhdid edib.

Davudoğlunun mühafizəçiləri tərəfindən zərərsizləşdirilən Erhan Yiğit adlı şəxs, polisə təhvil verilib.

Dindirilmə zamanı təhdid etmədiyini bildirən Erhan Yiğit sərbəst buraxılıb.

BIR CAVAB BURAXIN