Əhali banklardan əmanətlərini geri çəkir

0
590
Building and sign bank (done in 3d)
Building and sign bank (done in 3d)

“Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.

Əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır”, – xəbərdə deyilir.

Qeyd edilir ki, əmanərçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, məzənnənin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Beləliklə də banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.

“Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi Bankda Dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar,” deyə yazıda göstərilir.

Bildirilir ki, bütün səylərə baxmayaraq maliyyə sektorunda sabitlik təmin olunmur. Üzən məzənnə həm mağazalarda ərzaqların qiymətlərinin artmasına səbəb olur, həm də bankları çətin vəziyyətə salır.

Manatın tam üzən məzənnəyə keçdiyi 12 Yanvar 2017-ci il tarixindən bu yana dollar qarşısında 5%-ə yaxın dəyərdən düşdüyü bildirilir.

BIR CAVAB BURAXIN