Əgər bu baş verərsə, Fələstini tanıyarıq

0
659

Fələstin ilə İsrail arasında sülh danışıqlarının irəliləyəcəyi təqdirdə İrlandiya Fələstini dövlət kimi tanıya bilər.

Bunu İrlandiyanın Xarici İşlər naziri Simon Koveney deyib.

O qeyd edib ki, İrlandiya Fələstini dövlət kimi tanıyarsa, başqa Avropa ölkələri də bənzər addım ata biləcək.

Koveney ABŞ Prezidenti Donald Trampın Fələstinə yardımları dayandırmasını xəta adlandırıb. O, ölkəsinin Fələstinə göstərdiyi 4,5 milyon avroluq yardımın 2,5 milyon avro artırılacağını bildirib.

BIR CAVAB BURAXIN