Əfqanıstan Talibanla danışıqlar üçün Rusiyadan yardım istəyir

0
563

Əfqanıstan Ali Sülh Şurası Rusiyaya müraciət edərək Talibanla sülh danışıqlarında vasitəçi olmağı xahiş edib.

Arazinfo.com-un  verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Ali Sülh Şurasının rəsmi nümayəndəsi Ehsan Tahiri RİA Novosti-yə açıqlamasında deyib: “Əfqanıstan Ali Sülh Şurası adından xahiş edirəm ki, Rusiya Talibanla sülh danışıqları aparmağımız üçün vasitəşilik etsin”.

O Rusiyanın sülh danışıqlarında önəmli rol oynaya biləcəyinə ümid etdiyini xüsusi qeyd edib. Ehsan Tahiri Talibanla birbaşa dialoqun başlamasının bölgəyə sülh gətirə biləcəyini də öz sözlərinə əlavə edib: ” Rusiyanı bu məsələdə özümüzə əsas tərəfdaş hesab edirik”