Azərbaycanda ötən il ərzində ölkə vətəndaşları ilə əcnəbi şəxslər arasında bağlanılan nikahlardan 149-u pozulub.
Bu barədə Report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.
O bildirib ki, 2015-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanıb.
“Daha çox hansı ölkələrin vətəndaşları ilə nikah bağlanılıb” sualına cavabında R.Kərimova respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeyd olunan məlumatların statistikasının aparılmadığını deyib.