Yutub paylaşım kanalında ələ keçmiş yadplanetli olduğu iddia edilən birinin sorğu-suala çəkldiyini əks etdirən videonun 1964-cü ildə Amerikanın Nevada əyalətində yerləşən gizli araşdırma bazası sayılan 51-ci bölgədə çəkildiyi bildirilir.
Axar.az xəbər verir ki, məxfi qrifli görüntünün 2011-ci ildə 51-ci bölgənin keçmiş işçisi tərəfindən oğurlandığı deyilir.
İddiaya görə, EBE-3 adlandırılan yadplanetlini “Mavi kitab layihəsi”ndə çalışan şəxslər sorğu-sual edir. Videoda edilən söhbətlərdən bir qismini təqdim edirik:
– Planetini, yaxud kökünü söylə?..
– Yer.
– Dünən bizə buraya gəlmək üçün minlərlə işıq ili qət etdiyini dedin.
– Hə.
– Bizə doğrunu de, yoxsa…
– Doğrunu deyirəm. Mən Yerdənəm. Gələcəyinizdən gəlirəm. Zamanda səyahət eləmək, kosmosda səyahət eləməkdir. Məkan ayrılığını bərabərləşdirərək.
– Yəni, gələcəkdə bizi kosmoslular işğal edəcək?
– Xeyr.
– Elə isə, sən bir insansan…
– Təkamül keçirmiş nəvənizəm.
– Yəni, sən bizdən təkmilləşmisən?
– Hə.
– Yaxşı, bəs indi burada nə edirsən?
– Müşahidə edirəm. Çünki bütün sübutlar yox oldu.
– Necə yox oldu?
– Nüvə… müharibəsi. Az sayda xilas olanlar oldu. Bizim atalarımız.
– Yaxşı. İndi sənin dövrünə diqqətimizi cəmləyək.
– Mənim dövrümdəki ixtiraları anlamaz, yaxud qəbul edə bilməzsiniz.
– Yoxla məni.
– Kainatın qaynağının, “həyat” adlandırılan anlayışın yaradılışının nə olduğunu bilirik.
– Yəni, həyatın mənasını bilirsiniz?
– Mənasını deyil, yaradılışını.
– Fərqi nədir?
– Anlam nisbi bir şeydir. Yaradılış isə obyektiv gerçəklik.
– Yəni, sən kainatın necə yaradıldığını bilirsən?
– Hə.
– Yəni, Tanrını görmüsən?
– Batil inanclara olan ehtiyacımızdan təkamül keçirdik. Tanrıya və digər miflərə olan ehtiyacımızdan…
– Yaxşı, aydınlaşdır bizi. Öləndə bizə nə olacaq?
– İnsan ölümü beynində yaradır. Ölüm deyə bir anlayış yoxdur. Həyat adlandırılan şeyin hər anını təcrübədən keçirəcəksən. Sən, mən, o… Hamımız eyni canlının mərhələləriyik.
Söhbətin ardını bilmək üçün videonu izləyə bilərsiniz:
https://youtu.be/_jLdpOrDnPg